Aktyor tərəfindən döyülən direktordan yeni xəbər var


Digərləri 19 Dek 2018 20:40:00 631 0

Aktyor tərəfindən döyülən direktordan yeni xəbər var

"Hələ ki, istintaq davam edir. İstintaq başa çatdıqdan sonra bu haqda müəyyən fikir söyləyə biləcəyəm".

Son.az bildirir ki, bunu Sputnik Azərbaycan-a açıqlamasında noyabrın 20-də Nizami Rayon Məhkəməsinin qarşısında aktyor Rza Rzayev tərəfindən döyülən 175 nömrəli orta məktəbin direktoru Tural Mirzəliyev deyib.

O, baş verən hadisə ilə bağlı son durum haqda da məlumat verib: "Hələ ki, son hadisə ilə bağlı olaraq məhkəməyə müraciət etməmişəm. İstintaqın nəticəsinə əsasən işin məhkəməyə göndərilib-göndərilməməsi bəlli olacaq".

"Lakin bu hadisədən öncə, şərəf və ləyaqətin alçaldılması məsələsinə görə məhkəməyə müraciət etmişdim. Hazırda da bu iş məhkəmədə davam edir" - deyə həmsöhbətimiz əlavə edib.