Ailəsi 4 aydır bu qadını axtarır


Digərləri 19 Dek 2018 20:22:00 640 0

Ailəsi 4 aydır bu qadını axtarır

Qusar rayonunun Lanqu qəsəbə sakini, 51 yaşlı Lalə Bəşirova avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Son.az-a verilən məlumata görə, Lalə Bəşirovanın əlamətləri belədir: Boyu 160 sm., uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur. 

L.Bəşirova ruhi xəstəlikdən əziyyət çəkir.