Azərbaycanda aşkarlanmış qayaüstü oyuqlar dünyanın ən qədim oyunlarındandır


Digərləri 19 Dek 2018 19:54:00 690 0

Azərbaycanda aşkarlanmış qayaüstü oyuqlar dünyanın ən qədim oyunlarındandır

Ancient Origins, İrlandiya Respublikası

19.12.2018 

Müəllif: Ed Uilan

Azərbaycanda, Qobustanda ən böyük kəşflərdən birinə imza atılıb. Qobustandakı qayaların birinin üzərində masaüstü oyun aşkar edilib. Bu, ən qədim oyunlardan biri hesab olunur. Tarixi 4 min əvvələ uzanan bu oyun bir zamanlar Qədim Misirdə məşhur olmuş "tazılar", "çaqqallar" oyununun ilkin formasıdır.

Qobustan regionunda çox qədim dövrlərdə maldarlar yaşayıb. Ehtimala görə, aşkarlanmış oyunu min illər əvvəl orada yaşamış köçərilər oynayıb.

Qədim əyləncə

"Live Science" jurnalına görə, bu kəşfi Amerika Təbiət Tarixi Muzeyinin arxeoloqu Uolter Krist edib. O, Qobustandakı petroqliflərin fotolarına baxıb və qəfildən başa düşüb ki, bəzi rəsmlərdən birində masaüstü oyun təsvir olunub. Bu şəkillər U.Kristi həyəcanlandırıb. Nəticədə o, elə səhəri gün Azərbaycanın paytaxtı Bakıya yollanıb.

Amerikalı ekspert bu oyunun "tazılar", "çaqqallar" və ya "58 xana" masaüstü oyununa bənzədiyini deyir. Onun mərkəzində iki cərgə oyuqlar var. İki cərgə 50 oyuqla əhatə olunub. Hesab edilir ki, oyunda hədəf fiqurların masanın bir tərəfindən digər tərəfinə çatdırılması olub.

Onun misir nümunəsindnə tazı və çaqqala bənzəyən fiqurlar da var. Ona bu üzdən "tazılar" və ya "çaqallar" adı verilib. Həmin fiqurlar Qədim Misirin 13-cü sülaləsinə mənsub olmuş fironun məqbərəsindən tapılıb.