"Azərbaycan Kubokunu qazanmağımız realdır"


Digərləri 19 Dek 2018 19:27:00 588 0

"Azərbaycan Kubokunu qazanmağımız realdır"

"Zirə"nin hücumçusu Aleksandr Dedov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Səbail"i 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra brifinq keçirib.

Son.az xəbər verir ki, hücumçu Report-un suallarını cavablandırıb.

- Oyunu özünüz üçün necə dəyərləndirirsiniz? 

- Oyun bizim üçün çətin alındı. Çünki erkən qol buraxdıq. Amma düşünürəm ki, bu, bizi daha da motivasiya etdi. Qalib gəlmək istəyirdik.

- Buraxılan qoldan sonra sanki daha yaxşı oynamağa başladınız... 

- Çünki qalib gəlmək istəyirdik. 0:0 və ya 1:1 haqda düşünmürdük. Məqsədimiz qələbə idi. Hamı işinin öhdəsindən yaxşı gəldi. Komandanı təbrik edirəm.

- Mükafat olacaq? 

- Hələ heç kim heç nə açıqlamayıb. Klub prezidentindən soruşun, mənim özümə də maraqlıdır.

- Hər oyun demək olar ki, Samir Abasov daha çox sənə qışqırır. Bu, səni narahat edir? 

- Abasov öz göstərişlərini verir. Onun göstərişləri mənə kömək olur. Baş məşqçi nəyisə deyəndə, bu, yaxşıdır, məni daha motivasiyalı edir. O, düzgün edir, mən də dediklərini 100 faiz yerinə yetirməyə çalışıram.