Qəbələdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 23 milyon manat ayrılıb


Digərləri 19 Dek 2018 18:33:00 625 0

Qəbələdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 23 milyon manat ayrılıb

Prezident İlham Əliyev Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 23 milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin emək tapşırılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin