Bilik Fondu təcrübəçi tələbələri AMEA-nın müxbir üzvü Musa Qasımlı ilə görüşdürüb


Digərləri 19 Dek 2018 18:17:42 802 0

Bilik Fondu təcrübəçi tələbələri AMEA-nın müxbir üzvü Musa Qasımlı ilə görüşdürüb

Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunda olublar.

Bakı. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda istehsalat təcrübəsi keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunda olublar. Bilik Fondundan Trend-ə verilən məlumata görə, universitetin Beynəlxalq münasibətlər fakültəsinin tələbələrini Fondun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov və məsləhətçisi Aytən Xubanova müşayiət ediblər. Təcrübəçilər Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor, Milli Məclisin üzvü Musa Qasımlı ilə görüşüblər. Görüşdə rəhbərlik etdiyi institutun fəaliyyətindən söz açan M.Qasımlı bildirib ki, Qafqaz ölkələrində baş verən sosial-iqtisadi, siyasi və digər proseslərin Azərbaycana təsiri, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, hərbi təcavüzü, işğalçılıq siyasəti və nəticələri, dünyanın tanınmış siyasi və ictimai xadimlərinin regiona dair baxışları, nüfuzlu elmi-tədqiqat mərkəzləri ilə əlaqələrin qurulması, əməkdaşlığı, beynəlxalq konfranslarda təmsilçilik Akademiyanın Qafqazşünaslıq İnstitutunun əsas fəaliyyət istiqamətini təşkil edir.