Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Azərbaycan Prokurorluğu - bir əsrlik inkişaf tarixi” kitabının təqdimatı keçirilib


Digərləri 19 Dek 2018 18:00:00 627 0

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Azərbaycan Prokurorluğu - bir əsrlik inkişaf tarixi” kitabının təqdimatı keçirilib

“Azərbaycan Prokurorluğu - bir əsrlik inkişaf tarixi” adlı kitabın təqdimatı keçirilib.

Bakı. Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Prokurorluğunun yaranmasının 100 illiyi münasibətilə hazırlanmış “Azərbaycan Prokurorluğu - bir əsrlik inkişaf tarixi” adlı kitabın təqdimatı keçirilib. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, tədbirdə Milli Məclisin, Konstitusiya və Ali Məhkəmələrin, Ədliyyə, Daxili İşlər nazirliklərinin, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri və Baş Prokurorluğun idarə və şöbə rəisləri iştirak ediblər. Kitabda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə təsdiq edilmiş prokurorluğun keçdiyi inkişaf yoluna nəzər salınmaqla, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının tərkib hissəsi kimi prokurorluq orqanlarında aparılan islahatlardan, görülən işlərdən, hüquqi dövlət quruculuğunda prokurorluğun iştirakından bəhs olunur.