ABŞın Türkiyəyə “Patriot” satışı “S400”ün tədarükünə təsir edəcək?


Dünya 19 Dek 2018 17:54:00 277 0

ABŞın Türkiyəyə “Patriot” satışı “S400”ün tədarükünə təsir edəcək?

ABŞ-ın Türkiyəyə "Patriot" satışını təsdiqləməsi "S-400"ün tədarükünə təsir etməyəcək.

Son.az Report-a istinadən xəbər verir ki, bu  barədə Kremldən bildirilib.

"S-400" zenit-raket kompleksinin Türkiyəyə satışı bütün hallarda başa çatacaq", - deyə Kremlin məsələ ilə bağlı yaydığı bəyanatda vurğulanıb.

Qeyd edək ki, dekabrın 19-da ABŞ Dövlət Departamenti ümumi dəyəri 3,5 milyard dollar olan müvafiq avadanlıqlı "Patriot" hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satılmasına razılıq verib.