Axtarışda olan daha bir şəxs saxlanıldı


Digərləri 19 Dek 2018 17:36:00 424 0

Axtarışda olan daha bir şəxs saxlanıldı

Qəsdən sağlamlığa zərər vurmağa görə axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, dekabrın 17-də Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə axtarışda olan İntiqam Məmmədov şəhər ərazisində saxlanılıb.