Kaşıkçının qatillərinin yeni görüntüləri yayıldı


Dünya 19 Dek 2018 17:16:00 300 0

Kaşıkçının qatillərinin yeni görüntüləri yayıldı

Səudiyyə Ərəbistanından olan müxalif jurnalist Camal Kaşıkçını İstanbulda qətlə yetirməkdə ittiham olunan 15 nəfərlik qrupla bağlı yeni görüntülər yayımlanıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, fotolar Türkiyənin "Anadolu" agentliyi tərəfindən əldə edilib. 

Görüntülər İstanbul aeroportunda, baş konsulluğun girişində və çıxışında lentə alınıb. 

Türkiyə polisi bu görüntülər üzərindən qrupun hadisədən əvvəl və sonrakı addımlarını izləyib. 

Bildirilib ki, kəşfiyyatçı Məhəmməd Səid H.Əlzahrani, general-leytenant Mansur Osman M.Əbu Hüseyn və kəşfiyyatçı polkovnik Naif Həsən S.Alarifi oktyabrın 1-də Səudiyyə Hava Yollarına aid təyyarə ilə, Əbdüləziz Məhəmməd M. Alhavsavi, Xalid Aed G.Alotaibi və Səid Meşal Abostanı oktyabrın 2-də Türk Hava Yollarına aid təyyarə ilə Atatürk aeroportuna eniş ediblər. 


Xəbərə aid fotolar