Prokuror Bakı sakinini soyundurub videoya çəkən dəstəyə ağır cəza istədi


Digərləri 19 Dek 2018 17:04:00 858 0

Prokuror Bakı sakinini soyundurub videoya çəkən dəstəyə ağır cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Prokuror Z.Hüseynov, R.Sultanov, H.Həsənovun hər birinin 8 il 6 ay, D.Abdullayevin isə 9 il azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmənin növbəti iclası dekabrın 21-ə təyin edilib.