"Dövlətimizin başçısının humanist addımını şəhid ailəsi olaraq sevinclə qarşıladıq"


Digərləri 19 Dek 2018 16:50:00 401 0

"Dövlətimizin başçısının humanist addımını şəhid ailəsi olaraq sevinclə qarşıladıq"

"Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına uyğun olaraq, şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi prosesi ardıcıl davam edir.

Son.az bildirir ki, şəhid Sənan Ağasəlim oğlu Əliyevin vərəsəsi olan oğlu Ağasəlim Əliyev AZƏRTAC-a müsahibəsində 11 min manat məbləğində birdəfəlik ödəməni aldığını vurğulayaraq deyib: "Dövlətimizin başçısının bu humanist addımını şəhid ailəsi kimi böyük sevinclə qarşıladıq. Bu, humanist addım şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə yanaşı, şəhidlərimizin xatirəsinə göstərilən yüksək diqqət və qayğının da bariz nümunəsidir. Bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə ailəmiz adından təşəkkür edirəm".


Xəbərə aid fotolar