“Akvamen” premyeradan 3 gün öncə “CinemaPlus”da


Digərləri 19 Dek 2018 16:38:00 703 0

“Akvamen” premyeradan 3 gün öncə “CinemaPlus”da

"Gənclik Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında Dolby Atmos formatında fantastik ekşn janrında olan "Akvamen" filminin  premyeradan 3 gün öncə nümayişi keçirilmişdir.

Son.az xəbər verir ki, tədbirə məşhur stilist Nata İsmaylova tərəfindən filmin baş qəhramanı kimi qrim olunan fotograf Eyyub Qurbanov (El Lobo) dəvət olunmuşdur. Tədbir iştirakçıları böyük həvəslə onunla şəkil çəkdirirdilər.

Həmin gecə kinoteatra qonaq qismində şou biznes ulduzları, məşhur jurnalistlər, bloqqer və böyük təşkilat rəhbərləri dəvət almışdırlar. Filmə olan böyük maraq kinoteatrın ən böyük zalında boş yerlərin olmamasına səbəb oldu.  

"Akvamen" DC genişlənmiş bəşəriyyətin sayca altıncı filmi olmuşdur. "Akvamen"dən ayrılmağın mümkün olmamağının əsas səbəblərindən biri  - sualtı dünyadır. Onun yaradılması üzərində vizual effektlər üzrə ixtisaslaşmış bir neçə şirkət işləyib və nəticə həqiqətəndə təsirli olmuşdur.     

Filmdə baş rolu - havayalı, "Taxt oyunları" filmində Kxala Droqonu və "Konan-barbar" filmində Konan rolununda çəkilmiş müasir dövrün ən brutal aktyorlarından olan Ceyson Momoa oynamışdır. Bütün həyatının məhəbbəti  -  kürənsaçlı Meranı Ember Herda oynamışdır. Nikol Kidman Akvamenin anası Atlannanı oynayıb. Uillyem Defo baş qəhrəmanın müəllimidir. Dolf Lundqren isə Akvamenin gələcək qayınatası şah Nereusu oynayıb.   

Filmin rejissoru "Mişar", "Astral", "Cadu" filmləri və həmçinin "Forsaj" franşizəsinin yeddinci seriyası ilə məşhur olan Ceyms Vandır.