“Cümə” məscidinin nəzir qutusundan pul oğurlanıb


Digərləri 19 Dek 2018 16:38:00 375 0

“Cümə” məscidinin nəzir qutusundan pul oğurlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bakı. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 6-cı mikrorayon ərazisindəki “Cümə” məscidinin qarşısındakı nəzir qutusundan pul, 1 şirniyyat sexindən sərinləşdirici içkilər, 1 köşkdən tütün məmulatı və 1 evdən geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Telman Cəbrayılov saxlanılıb.