Buffon: “PSG, Barcelona və ya Real-dan gələn telefon zəngi...”


İdman 19 Dek 2018 12:34:00 507 0

Buffon: “PSG, Barcelona və ya Real-dan gələn telefon zəngi...”

Canluici Buffon PSG-yə keçidinin səbəblərini açıqlayıb.

Goal.az xəbər verir ki, qolkiper buna qədər karyerasını başa vurmaq istəyində olduğunu deyib. “Futboldan birdəfəlik getmək istəyirdim. Düşünürdüm ki, PSG, Barcelona və ya Real-dan gələn telefon zəngi fikrimi dəyişə bilər. Belə də oldu. PSG-dən aldığım təklif sanki bir yuxu idi. Dərhal reaksiya verdim. Hiss edirdim ki, daha 2-3 il oynamaq imkanım var. Hələlik futboldayam. Ayrıldıqdan sonra nə olacağını bilmirəm. Hər şeyi zaman göstərəcək”,- qolkiper deyib.