Bakı Ali Neft Məktəbi və BPnin birgə layihəsinin növbəti buraxılışı oldu FOTO


Digərləri 19 Dek 2018 15:16:00 692 0

Bakı Ali Neft Məktəbi və BPnin birgə layihəsinin növbəti buraxılışı oldu  FOTO

Bakı Ali Neft Məktəbi (BANM) və BP Azərbaycanın yerli mühəndislərin inkişafına töhfə olaraq birlikdə həyata keçirdikləri "Mühəndislər üçün biznes təhsili" layihəsinin bağlanış mərasimi keçirilib.

Son.az xəbər verir ki, mərasimdə BANM-ın rektoru Elmar Qasımov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə Əlaqələr, xarici işlər və strategiya üzrə vitse- prezidenti Bəxtiyar Aslanbəyli, BP şirkətinin məsul əməkdaşları, layihənin iştirakçıları və digər qonaqlar iştirak ediblər.

Proqram Azərbaycanda mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılması məqsədilə həyata keçirilib.

Tədbirdə çıxış edən BANM-ın rektoru Elmar Qasımov bildirib ki, "Mühəndislər üçün biznes təhsili" proqramı innovativ təhsil layihəsi olaraq gənc mühəndislərin sosial bilik və bacarıqlarının formalaşmasında öz töhfəsini vermiş olacaq. Rektor biliyin paylaşılmasının bariz nümunəsi olan bu layihənin həyata keçirilməsində verdiyi dəstəyə görə BP şirkətinə öz təşəkkürünü bildirib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə Əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli öz çıxışı zamanı Azərbaycanın uzunmüddətli tərəfdaşı olan BP şirkəti üçün sosial sərmayələr arasında təhsil sahəsinin hər zaman önəmli olduğunu vurğulayıb. O, yüksək texniki biliklərə sahib olan gənclərin çox zaman sosial bacarıqlara ehtiyyacı olduğunu və bu proqramın həmin tələbələrin karyerasında böyük önəmi olacağını bildirib.


Xəbərə aid fotolar