Emeri: “Poçettino Tottenham-da xoşbəxtdir”


İdman 19 Dek 2018 15:12:00 581 0

Emeri: “Poçettino Tottenham-da xoşbəxtdir”

Arsenal-ın baş məşqçisi Unai Emeri hesab edir ki, Tottenham-ın çalışdırıcısı Maurisio Poçettini klubdan ayrılmayacaq.

Goal.az xəbər verir ki, İngiltərə mətbuatı Poçettinonin Manchester United-ə keçəcəyini yazıb. Bu məsələyə münasibət bildirən Emeri deyib: “Məncə, belə bir şey olmayacaq. Poçettino əla məşqçidir və güclü komandası var. Tottenham Çempionlar Liqasında əsas rəqiblərdən biridir. İngiltərə çempionatında vəziyyəti çox yaxşıdır. Poçettino Tottenham-da xoşbəxtdir. Bəlkə də nə vaxtsa başqa kluba keçə bilər. Amma indiki klubuna sadiqdir. Baş məşqçi əla komanda yaradıb. Bu baxımdan buradan gedəcəyinə inanmıram”, - Emeri bildirib.