"Çeburaşkanın Yeni il sərgüzəştləri" adlı tamaşa FOTO


Kriminal 19 Dek 2018 15:07:00 679 0

"Çeburaşkanın Yeni il sərgüzəştləri" adlı tamaşa  FOTO

Sumqayıt Dövlət Dram Teatrında son vaxtlar bir birindən maraqlı, asudə vaxtın səmərəliliyinə və bədii estetik zövqün formalaşmasına xidmət edən tamaşalar hazırlanır.

Azyaşlı uşaqları da nəzərə alan yaradıcı heyət onların yeni il tətilinin maraqlı və yaddaqalan keçməsi üçün şən, şux, əyləncəli karnaval tamaşası hazırlayıb.

Bu gün "Çeburaşkanın Yeni il sərgüzəştləri" adlı tamaşaya daxili baxış keçirilib.

Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov öncə yaradıcı heyəti təbrik etdi. Mövzu aktuallığı, karnaval prinsiplərinin gözlənilməsi və tempo-ritm baxımından uğurlu cəhətləri qeyd etdi. Amma bəzi oyunçulara balaca tamaşaçılarla ünsiyyətin səmimi alınmasından ötrü pafosdan qaçmağı tövsiyə etdi və tamaşanın ayrı ayrı məziyyətlərini vurğuladı.  Həmçinin yeni yaradılmış məktəblilərdən ibarət Alternativ bədii şura üzvləri  təəssüratlarını  yaradıcı heyətlə bölüşdü.


Xəbərə aid fotolar