17 yaşlı Günel Dadaşovanı Rusiyada niyə öldürdülər... FOTO


Kriminal 19 Dek 2018 14:55:00 559 0

17 yaşlı Günel Dadaşovanı Rusiyada niyə öldürdülər...  FOTO

Axtarışa hüquq-mühafizə orqanlarının çağırışı ilə yerli sakinlər də qoşulub. İstintaq Komitəsi bildirib ki, qız evdən çıxarkən boz rəngli paltoda, qara şalvarda və papaqda olub.

Günelin axtarışları bir həftədən çox davam edib. Onun meyitini ancaq dekabrın 14-də aşkarlamaq mümkün olub-Günelin üzərində zorakılıq əlamətləri olan meyiti Nijneudinskdəki Uda çayında adalardan birində, kolluqda aşkarlanıb.

Günelin "Vkontakte" sosial şəbəkəsindəki hesabı isə dekabrın 18-i, saat 4.59-a qədər aktiv olub. Belə görünür ki, valideyinləri və hüquq-mühafizə orqanlarının əməkdaşları qızın axtarışları və ya ehtimal olunan qatillərin tapılması üçün sosial şəbəkə hesabındakı yazışmaları araşdırıblar.

Son.az virtualaz-a istinadən xəbər verir ki, Günelin ölümünə görə şübhəli şəxs qismində əməliyyatçılar 15 və 17 yaşlarında olan iki yeniyetməni saxlayıblar. Onların barəsində qrup halında əlbir olaraq qəsdən adam öldürmək maddəsi ilə cinayət işi qaldırılıb. Dindirmə zamanı yeniyetmələr cinayəti etiraf ediblər. Müstəntiqlər aydınlaşdırıblar ki, məktəblilər Güneli aldatma yolu ilə mənzillərdən birinə aparıblar, orada ona çoxsaylı bıçaq zərbələri vurublar və cəsədi kolluğa atıblar.