Azərbaycanda işə qəbul edilmiş işsizlərin əməkhaqqı subsidiyalaşdırılacaq


Digərləri 19 Dek 2018 14:50:00 780 0

Azərbaycanda işə qəbul edilmiş işsizlərin əməkhaqqı subsidiyalaşdırılacaq

Gələn ildən başlayaraq Azərbaycanda işə qəbul edilmiş işsizlərin əməkhaqqı subsidiyalaşdırılacaq.

Bakı. Taleh Mursaqulov - Gələn ildən başlayaraq Azərbaycanda işə qəbul edilmiş işsizlərin əməkhaqqı subsidiyalaşdırılacaq. Trend-in məlumatına görə, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə bu, fəal məşğulluğun təmin olunması ilə yanaşı, əməkhaqlarının ödənilməsi ilə bağlı işəgötürənlərin xərclərini azaldacaq.