"Qanun pozuntusuna birinci dəfə yol verən vergi ödəyicisinə qarşı sanksiya tətbiq oluna bilməz"


Digərləri 19 Dek 2018 14:46:00 808 0

"Qanun pozuntusuna birinci dəfə yol verən vergi ödəyicisinə qarşı sanksiya tətbiq oluna bilməz"

Azərbaycanın əmək bazarında çox ciddi problemlər var.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov əməkhaqqıdan tutulan gəlir vergisi ilə bağlı islahatların mahiyyətini şərh edib. Edilən dəyişikliyin sahibkarlar və vətəndaşlar üçün çoxlu faydalar verəcəyini vurğulayan nazir müavini bildirib ki, bu mövzunun daha çox müzakirə olunması təbiidir, çünki hamının maraqları ilə səsləşir:

"Vergi Məcəlləsinə edilən dəyişikliklərlə ilk dəfə olaraq vergidən azad olunan əməkhaqqının məbləği 8 min manata qədər artırılıb. Dövlət və neft-qaz sektorunda çalışanlar istisna olmaqla, yalnız qeyri-dövlət sektorunda çalışan 500 mindən çox adam bu vergi güzəştlərindən faydalana biləcək və yeddi il onlar əmək­haqqıdan gəlir vergisi ödəməyəcəklər. 2019-cu ilin büdcəsində gəlir vergisi üzrə daxilolmaların 316 milyon manat azaldılması nəzərdə tutulub. Bütövlükdə planlı şəkildə dövlət büdcəsinə vergi daxilolmalarında azalma təxminən 400 milyon manata yaxındır. Bu isə o deməkdir ki, həmin vəsaitlər sahibkarların və vətəndaşların sərəncamında qalacaq".