Mina Hüseynin "Maşın"dan getməsinin səbəbini açıqladı:


Şou-biznes 19 Dek 2018 14:31:00 629 0

Mina Hüseynin "Maşın"dan getməsinin səbəbini açıqladı:

"Göndərdiyiniz hər bir sms-i halal edin, çox xahiş edirəm ki, pis fikirdə olduğumu anlamayasınız... "Maşın şou" mənim üçün çox önəmli və reytinqli yarışma idi. Lakin mən oyunu hörmətli insan kimi tərk etmək istədim. Heç bir qruplaşmada yox idim, tək mübarizə aparırdım. Bu, çox çətin idi. Demək olar ki, hamı çıxmağımı istəyirdi. Bəlkə də onlar üçün ən güclü rəqib mən idim. Sizin dəstəyiniz sayəsində sms toplayıb getdim, siz olmasaydınız, oyundan bəlkə də məyus olaraq çıxardım. Kimsə məni səs toplayaraq uzaqlaşdırsaydı, bu, mənə daha pis təsir edərdi".

Son.az publika-ya istinadən  xəbər verir ki, bu sözləri "Maşın şou"nun ötəngünkü buraxılışında səs toplasa da, oyunu özü tərk edən ifaçı Mina Hüseyn İnstaqramda yazıb. Müğənni bildirib ki, oyunda qalsaydı, digər iştirakçılar onu mütləq çıxaracaqdılar. O isə oyundan kiminsə əli ilə vurulmaq istəmədiyini qeyd edib:

"İnaşallah, heç kim məndən incimədi. Yazırlar ki, göndərilən sms-lər boşa getdi, xeyr, göndərilən hər bir sms sizin sevginizdir. Əgər oyundan kimisə uzaqlaşdırsaydım, maşının üstünə yenə əlimi təkrardan qoysaydım, məni hər hansı yolla olur-olsun çıxardacaqdılar. Odur ki, bu zövqü heç kimə yaşatmadım".

İddia edilir ki, Minanın oyundan getməsi "O Səs Türkiyə" yarışması ilə bağlıdır. O, sözügedən mahnı müsabiqəsinin ikinci mərhələsində Seda Sayanın komandasında çıxış edəcək.