İlahiyyat İnstitutunda bilik yarışması keçirilib (FOTO)


Digərləri 19 Dek 2018 14:33:00 618 0

İlahiyyat İnstitutunda bilik yarışması keçirilib (FOTO)

İlahiyyat İnstitutunda “Mən tariximi bilirəm” mövzusunda bilik yarışması keçirilib

Bakı. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığlı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mən tariximi bilirəm” mövzusunda bilik yarışması keçirilib. İnstitutdan Trend-ə verilən məlumata görə, yarışda Aİİ-nin İlahiyyat fakültəsinin I-III kurs tələbələri iştirak ediblər. Hər qrupdan 5 əsas və 1 ehtiyat iştirakçı olmaqla, ümumilikdə 7 komanda mübarizə aparıb. Üç turdan ibarət olan yarışda 15 sual səsləndirilib. Suallar ulu öndər Heydər Əliyevin uşaqlıq və gənclik illəri, dövlət təhlükəsizlik orqanlarında və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində işlədiyi, həmçinin siyasi fəaliyyətinin Moskva və Naxçıvan dövrü, eləcə də müstəqil Azərbaycana rəhbərlik etdiyi illəi və Azərbaycan tarixinin müxtəlif dövrləri ilə bağlı mövzuları əhatə edib.