Nazir müavini: "Bir sıra iri müəssisələr öz biznesini ayrıayrı xırda hissələrə "parçalayaraq" bəzi vergiləri ödəməkdən yayınırlar"


Digərləri 19 Dek 2018 14:27:00 417 0

Nazir müavini: "Bir sıra iri müəssisələr öz biznesini ayrıayrı xırda hissələrə "parçalayaraq" bəzi vergiləri ödəməkdən yayınırlar"

Bir sıra iri müəssisələr öz biznesini ayrı-ayrı xırda hissələrə "parçalayaraq" bəzi vergiləri ödəməkdən yayınırlar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavini gələn ilin əvvəlindən tətbiqinə başlanacaq daha bir ciddi islahat - sadələşdirilmiş vergi dərəcələrinin aşağı salınması, bu vergi növünün əhatə dairəsinin məhdudlaşdırılması, habelə ƏDV-yə cəlb edilən dövriyyənin tədricən genişlənməsi məsələsinə də aydınlıq gətirib. Qeyd edilib ki, sadələşdirilmiş vergi tətbiq olunarkən onun sahibkarlar üçün daha rahat iş şəraiti yaratmaqla yanaşı, normal vergi uçotunun formalaşdırılmasına da şərait yaradacağına ümid edilirdi və ilk dövrlərdə həqiqətən də belə olmuşdu: