Əflatun Amaşov: "Azərbaycanda elmi jurnalistika yoxdur"


Digərləri 19 Dek 2018 12:39:00 789 0

Əflatun Amaşov: "Azərbaycanda elmi jurnalistika yoxdur"

Bir çox ölkələrdə jurnalistika fakültəsində tədris humanitar istiqamətlə yanaşı, digər istiqamətlər üzərində də qurulur. Amma çox təəssüf ki, Azərbaycanda jurnalistika fakültəsində tədris humanitar yönümlü istiqamət üzərində qurulur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Elmin populyarlaşdırılmasında KİV-in rolu" mövzusunda keçirilən dəyirmi masada çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Ə.Amaşov Azərbaycanda elmin populyarlaşdırılmasını da vacib sayıb: "Azərbaycanda elmi jurnalistika yoxdur. Ona görə də biz elmi populyarlaşdıra bilmirik. Yaxın vaxtlarda Azərbaycanda ali məktəblərin jurnalistika fakültələrində islahatlar aparılacaq. Biz artıq bu islahatların astanasındayıq".

Şura sədri qeyd edib ki, artıq xarici ölkələrdə elm adamları ölkəyə valyuta gətirirlər.