Bacarıqsız oğru 7 cəhddən sonra mağazanı yarıb,


Dünya 19 Dek 2018 12:10:00 546 0

Bacarıqsız oğru 7 cəhddən sonra mağazanı yarıb,

Oğru məşhur "Armani" və "Nike" brendlərinin məhsullarının satıldığı anbardan oğurluq etmək üçün 5 saatdan çox səy göstərib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, o, nəhayət, 7-ci cəhddən sonra oğurluq edə bilib.

İngiltərənin Birminqem şəhərinin Vayld qren rayonundakı paltar mağazasından oğurluq anı təhlükəsizlik kamerasına düşüb.

Bacarıqsız oğru mağazaya girmək üçün 5 saatdan çox "mübarizə aparıb". O, sonra dəyəri 10 min fund-sterlinqlik mal oğurlaya bilib.


Xəbərə aid fotolar