Polis "Sədərək"də reyd keçirdi


Digərləri 19 Dek 2018 11:43:00 397 0

Polis "Sədərək"də reyd keçirdi

Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının dekabrın 18-də keçirdikləri növbəti reydlər zamanı "Sədərək" ticarət mərkəzindəki mağazalardan 12000 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Qeyd edək ki, polis əməkdaşlarının bir neçə gün əvvəl də eyniadlı ticarə mərkəzində keçrdiyi reydlər zamanı 13962 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülmüşdü.

Pünhan Mirzə Son.az