“AzerGold” QSC tərəfdaşları ilə əməkdaşlığı möhkəmləndirir


Digərləri 19 Dek 2018 11:45:00 725 0

“AzerGold” QSC tərəfdaşları ilə əməkdaşlığı möhkəmləndirir

“AzerGold” QSC-nin yerli elm və təhsil ocaqları ilə əməkdaşlığı davam edir.

Bakı. “AzerGold” QSC-nin yerli elm və təhsil ocaqları ilə əməkdaşlığı davam edir. Dağ-mədən sənayesi və yan sahələrdə mütəxəssislərin formalaşdırılması, peşəkar artımı, innovativ texnologiya və yanaşmaların araşdırılmasını, həmçinin ölkəmizin elmi potensialının dağ-mədən sənayesində tətbiqini nəzərdə tutan əməkdaşlıq çərçivəsində treninqlər təşkil olunur, təqdimat və tədbirlər keçirilir. Trend-in məlumatına görə, dekabrın 18-də “AzerGold” QSC-nin mütəxəssisləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinə geoloji-kəşfiyyat və dağ-mədən sənayesinin özəllikləri mövzusunda təlim – seminar keçirib. 17-18 sentyabr tarixlərində “AzerGold” QSC-nin mütəxəssisləri üçün “ADA” Universitetində "Layihələrin idarəolunması" mövzusunda təlim təşkil edilib. Oktyabr ayı ərzində “AzerGold” QSC-nin mütəxəssisləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavr və magistr dərəcələrində təhsil alan tələbələri üçün “Tikinti layihəsinin hazırlanması” mövzusunda treninq keçirib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Respublika ərazisində nəcib və əlvan metal yataqlarının proqnostik göstəriciləri və onların ehtiyatlarının istismara cəlb olunmasının perspektivləri” mövzusunda təqdimat təşkil edib, həmçinin “ADA” Universitetində təşkil olunan “Qabaqcıl liderlik” adlı təlimlərdə iştirak ediblər.