Qvardiola Leicester-i çətin rəqib adlandırdı


İdman 19 Dek 2018 11:36:00 814 0

Qvardiola Leicester-i çətin rəqib adlandırdı

Manchester City-nin baş məşqçisi Xosep Qvardiola İngiltərə kubokunun ¼ finalında Leicester üzərində qələbəni (1:1, penaltilərdə 3:1) təhlil edib.

Goal.az xəbər verir ki, çalışdırıcı matçın çətin keçdiyini deyib. “Səfərdə Leicester-lə oynamaq həmişə çətin olur. Bu dəfə də eyni hal təkrarlandı. Penaltilər seriyasında qalib gəldik. Heyətdə yer verdiyim Qarsiyanın cəmi 17 yaşı var. Yaxşı oynadı. Sterlinq penaltini vura bilmədi. Amma onu qınamadım. Hər şey normaldır”.