Bakı metrosunda cibgirlər yaxalandı


Digərləri 19 Dek 2018 11:38:52 406 0

Bakı metrosunda cibgirlər yaxalandı

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında və qatarlarda cinayətkarlığa qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Bakı. Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında və qatarlarda cinayətkarlığa qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. Dekabrın 18-də saat 9 radələrində Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın “28 May” stansiyasının platformasında cibindən “İphone 5S” markalı mobil telefonunun oğurlandığını bildirib. DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilib və o, “20 Yanvar” stansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb.