“Xaç atası”nın yolu ilə gedən Paşinyan –


Siyasət 19 Dek 2018 11:29:00 695 0

“Xaç atası”nın yolu ilə gedən Paşinyan –

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Nikol Paşinyanın "xaç atası"sıdır

Son.az azvision.az-a istinadən xəbər verir ki, Ermənistanın "Əriklər ölkəsi" partiyasının sədri Zauri Postancyan bu gün keçirdiyi mətbuat konfransında belə bəyanatla çıxş edib. 

Onun sözlərinə görə, Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan öz "xaç atası"nın yolunu davam etdirir və bu kurs xüsusən də Dağlıq Qarabağ məsələsində hiss olunur. 

"Levon Ter-Petrosyanın aktiv oluğu dövrdə Baqramyan 26 küçəsində Raffi Ovannisyan, Qaqik Çarukyan və Petrosyanın özündən ibarət "üçlük" formalaşdırılmışdı. "Məxməri inqilab" adlandırılan hadisələr nəticəsində həmin "üçlüyü" Nikol Paşinyan əvəzlədi. Elə "Çiçəklənən Ermənistan"la "İşıqlı Ermənistan" partiyaları arasındakı bugünkü xəyali mübarizə də həmin layihənin davamıdır və bütün bunlar Ermənistandakı mövcud sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq üçün, sadəcə, bir manevrdir" - Postancyan bildirib. 

Erməni siyasətçi onu da vurğulayıb ki, indiki hakimiyyət sələflərindən fərqli olaraq daha da uzağa gedəcək və Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın ziyanına olan qərarlar verəcək. O, həmçinin bildirib ki, Serj Sarkisyan rejimindən qalma idarəçilik instrumentləri üzərində formalaşdırılan Paşinyan hakimiyyəti leqitim sayıla bilməz. 

Xatırladaq ki, Postancyan daha əvvəl sensasiyalı bəyanatla çıxış edərək bildirmişdi ki, Paşinyan hakimiyyətini möhkəmləndirdikdən sonra hansısa maliyyə imtiyazları müqabilində Bakıya ərazi güzəştləri edəcək. 


Xəbərə aid foto