Fəxrəddin Ziyanın “Gələcəyəm, gəl desən” kitabı təqdim olunub (FOTO)


Digərləri 19 Dek 2018 11:19:26 554 0

Fəxrəddin Ziyanın “Gələcəyəm, gəl desən” kitabı təqdim olunub (FOTO)

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan klubu”nda tanınmış həkim-şair Fəxrəddin Ziyanın “Gələcəyəm, gəl desən” kitabının təqdimatı keçirilib.

Bakı. Azərbaycan Yazıçılar Birliyinin “Natəvan klubu”nda tanınmış həkim-şair Fəxrəddin Ziyanın “Gələcəyəm, gəl desən” kitabının təqdimatı keçirilib. Tədbirdə bir sıra görkəmli yazıçılar, həkimlər, media nümayəndələri və tələbələr iştirak edib. Tədbiri Yazıçılar Birliyinin katibi İlqar Fəhmi açıb, Fəxrəddin Ziyanın yaradıcılığından bəhs edib. Tədbirin moderatoru, şair-publisist Ağacəfər Həsənli bildirib ki, Fəxrəddin Ziya istər şeiriyyat aləmində, istərsə də səhiyyə xidmətində böyük rolu olub və keşməkeşli yol keçib: “O, Sovet dövrünün çətin zamanlarında “Əfqanıstan məktəbi” keçmiş insanlardan biri olub. “Əfqanıstan məktəbi” gənclər üçün böyük bir yol idi. Bizim bir çox Azərbaycan oğulları canla-başla Əfqanıstanda xidmət edib, bir çoxları da vəfat edib. Bu gün çox xoşdur ki, Fəxrəddin müəllim vətənimizə qayıdıb, yaradıcılığını davam etdirib. Əlbəttə, Əfqanıstan həyatı ona çox ciddi surətdə təsir göstərdi. Yaradıcılığı büxtələşdi, bir sənətkar, bir şəxsiyyət kimi yetişdi. Fəxrəddin Ziyanın çoxlu sayda kitabı çıxıb. 10 şeir kitabı çap etdirmək hər insanın işi deyil. Fəxrəddin Ziyanın “Gələcəyəm, gəl desən” kitabı onun seçmə şeirlərinin toplusudur. Bu da elə onun dəyəridir. Kitab “Ey Vətən” adlı şeirlə açılır. Bu şeirə İlham Abdullayev adlı bəstəkar mahnı da bəstələyib”.