Son 5 ildə 12 minə yaxın müəllim üçün həvəsləndirmə tədbirləri tətbiq olunub


Digərləri 19 Dek 2018 10:57:00 602 0

Son 5 ildə 12 minə yaxın müəllim üçün həvəsləndirmə tədbirləri tətbiq olunub

Son 5 ildə kənd məktəblərində yeni fəaliyyətə başlamış 11 600 müəllim üçün həvəsləndirmə tədbirləri tətbiq olunub.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, işə yeni qəbul olunan müəllimlərin 64 faizini təşkil edib.

Ümumilikdə son 5 ildə Azərbaycanda 18 136 müəllim işə qəbul olunub. Bu müddətdə 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb. Onların həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb.