Laplandiyadalı Santa:


Digərləri 19 Dek 2018 10:39:00 782 0

Laplandiyadalı Santa:

Milad bayramına bir həftə qalmış Şimal qütb dairəsində yerləşən Santa kəndində həyat daha hərəkətli olmağa başlayır.

Dünyanın müxtəlif yerlərindən olan minlərlə insan Santa Klaus və onun elflərini görmək üçün şimali Finlandiyadakı Rovaniemi şəhərində yerləşən Laplandiyanı ziyarət edir.

"Santa Klausa hər il dünyanın hər tərəfindən təxminən yarım milyondan çox məktub göndərilir. Buna görə elflər indi həmin məktubları sıralamaq, açmaq və insanların arzularını oxumaqla məşğuldurlar", - Elina adlı elf bildirib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Santa kəndindən üzərində Qütb dairəsinin möhürü olan Milad Bayramı açıqcaları göndərmək istəyən çoxlu sayda insana görə kəndin poçt idarəsi ilin bu dövrü daha çox məşğul olur.