Polis piyada və sürücülərə müraciət etdi


Digərləri 19 Dek 2018 10:22:00 484 0

Polis piyada və sürücülərə müraciət etdi

Hava şəraitini nəzərə alaraq, hərəkət iştirakçıları - piyada və sürücülər yollarda diqqətli olmaqla yanaşı, həssas olmalıdır. Günün pik saatlarında havaların yağışlı və çiskinli olması, səhər havanın gec işıqlanması və axşam tez qaralması hərəkət iştirakçılarının görmə qabilliyyətini məhdudlaşdırır. Bütün bunları nəzərə alaraq, hər birimiz yollarda məsuliyyətli olmaqla ictimai təhlükəsizliyin etibarlı olmasına çalışmalıyıq.

Son.az xəbər verir ki, bunu Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisi qeyd edib ki, hava şəraiti ilə bağlı avtomobil şinlərinin yola sürtünmə vəziyyəti həssas olduğundan, istənilən anda avtomobilin dayanma vəziyyəti adi normadan fərqli olur: "Yəni, sürtünmə qüvvəsinin tarazlığının pozulmasından asılı olaraq, qəza şəraitinin yaranması qaçılmaz olur. Avtomobilləri "sürət həddi 60"-deyib idarə etmək qanunla nə qədər mümkundursə, şəraitə uyğun olaraq nəqliyyat vasitələrinin idarə edilməsi daha məqsədəuyğun hesab edilir".