Ukrayna kilsəsinin müstəqilliyi münaqişələri dərinləşdirə bilər


Digərləri 19 Dek 2018 10:25:00 603 0

Ukrayna kilsəsinin müstəqilliyi münaqişələri dərinləşdirə bilər

Rusiyanın Praroslav kilsəsindən ayrıldıqdan sonra Ukrayna Pravoslav Kilsəsinə yeni rəhbər təyin edilib. Ukrayna prezidenti Petro Poroşenko bunu Rusiyanın növbəti aqressiyalarından müdafiə yolunda mühüm addım kimi qiymətləndirib. Rusiyanın Pravoslav kilsəsi Ukraynanın qərarını qeyri-kanonik adlandırıb.

Ukrayna Pravoslav kilsəsinin yeni rəhbəri Ukrayna prezidenti ilə səfər etdiyi Dnipro şəhərində mərasim təşkil edib. Müstəqil Ukrayna Pravoslav kilsəsinə Kiyev patriarxallığının mitropoliti Epifaniy rəhbərlik edir.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Poroşenko yeni milli kilsəsinin təsisini alqışlayaraq, bunu Ukrayna xalqının birliyi üçün həyati əhəmiyyətk kəsb etdiyini bildirib.

"Kilsə ittifaqı ölkə ittifaqı deməkdir. Birlik ölkənin qüdrəti deməkdir. Biz beşinci kolon təcavazkar bir ölkənin vətənimizdə sabitsizlik yaratmasına yol verməyəcəyik".

Ukrayna kilsəsi 300 ildən artıq Rusiyanın Pravoslav Kilsəsinin yurisdiksiyası altına olub. Moskvanın Krımı ilhaqından və Ukraynanın şərqindəki proseslərə müdaxiləsi ilə Ukrayna Rusiya kilsəsinin Kremlin aləti kimi Ukraynada təbliğat aparmasının qarşısını almaq qərarına gəlib. Rusiya bunu inkar edir.

Bu yaxınlarda Konstantinopol Ortodoks Kilsəsi Ukraynanın Pravoslav Kilsəsini Moskva Patriarxatından çıxarmaq qərarı verib.