İnanılmaz olsa da, belədir:


Digərləri 19 Dek 2018 10:26:00 545 0

İnanılmaz olsa da, belədir:

2 yaşlı qıza 150 min dollarlıq brilyant boyunbağı hədiyyə olunarmı? Yaxud 4 yaşlı oğlana 450 min dollarlıq evi Yeni İl hədiyyəsi kimi bağışlayarlarmı?! "Yox" deməyə tələsməyin. Çünki bu mümkündür.

Bir şərtlə ki, hədiyyə alanlar multimilyonçu və ya milyarder övladları ola.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Britaniyanın Channel 5 telekanalında nümayiş olunan "Billionaire Babies" sənədli serialında belə zəngin ailələrdəki övladların superlüks yaşamlarından, daha dəqiq olsaq, onların aldıqları hədiyyələrdən bəhs olunur.

Milyarder övladlarının aldıqları hədiyyələr də, təbii ki, çox bahalı olur.

Məsələn, ad günü üçün 150 min dollar xərclənən 1 yaşlı uşaqla yalnız çox nadir mirvari qaşlı, 1 milyon dollar dəyərində üzük hədiyyə alan 3 yaşlı qız "rəqabət" apara bilər.


Xəbərə aid fotolar