Xızıda qanunsuz ov etmək istəyənlər cərimələndilər


Digərləri 19 Dek 2018 10:03:00 615 0

Xızıda qanunsuz ov etmək istəyənlər cərimələndilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xızı rayonu, Yeni Yaşma kəndi ərazisində ova cəhd edən 2 şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Xızı rayon sakini Hasil Şəfiyev və Sumqayıt şəhər sakini Malik Şərifov olduğu müəyyən edilib. Onlardan ov tüfəngi götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və onlara ümumilikdə 2000 manat məbləğində cərimə tətbiq edilib.