Tramp və Demokratlar 2019da yeni başlanğıca hazırlaşır


Dünya 19 Dek 2018 09:58:00 293 0

Tramp və Demokratlar 2019da yeni başlanğıca hazırlaşır

2018-ci ildə ABŞ siyasətində bir çox dəyişiklik oldu. Demokratlar noyabr ayında keçirilən ara seçkidə Nümayəndələr Palatasının nəzarətini ələ keçirdi.

Bu isə Donald Trampın prezidentliyinin növbəti iki ilinə böyük təsir göstərəcək.

"Sizin sayənizdə sabah Amerika üçün yeni bir gün olacaq".

Bunu Demokratların lideri Nensi Pelosi Nümayəndələr Palatasını Demokratların nəzarətinə keçirən ara seçkilərdən sonra qələbələri qeyd edərkən söyləyib.

Demokratlar prezident Donald Trampa olan qəzəb sayəsində qalib gələ bildilər. Onlar arasında Massaçusetsin demokrat nümayəndəsi Ayanna Pressli kimi namizədləri dəstəkləyən mütərəqqi və qadın seçicilər var idi.

"Biz təsdiq etdik ki, bu, tariximizin ən qaranlıq hissəsi ola bilsə də, biz buna imkan verməyəcəyik. Əksinə, bizi ümidlərimiz formalaşdıracaq, qorxularımız deyil", - Pressli bildirib.

Prezident Tramp qanunvericilik gündəmini irəlilətməkdə çətinlik çəkəcək, bundan əlavə isə Nümayəndələr Palatasının Demokratları onunla bağlı bir sıra istintaq başladacaq.

Lakin Tramp hələ də öz mövqeyində qalır.

"Onların əlində heç nə yoxdur. Heç nə. Bilirsiniz niyə, çünki ortada heç nə yoxdur. Onlar bu oyunu oynaya bilər, amma biz onlardan daha yaxşı oynaya bilərik", - o deyib.

Tramp və Demokrat liderlər sərhəddə divarın inşası ilə bağlı qarşıdurma yaşayıb. Təhlilçi Con Fortier deyir ki, bu partiyalar arası mübarizələrin hələ də davam edəcəyini göstərir.