Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir


İdman 19 Dek 2018 09:51:00 606 0

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir

Goal.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Günün ilk matçı “Bayıl Arena”da oynanılacaq. Burada Zirə Səbail-in qonağı olacaq. İlk oyunda rəqibinə 1:0 hesabı ilə qalib gələn Samir Abasovun komandası yarımfinala adlamaq üçün cavab matçında ən azı bu üstünlüyünü qorumağa çalışacaq.

Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Günün ikinci qarşılaşması isə Sumqayıtda keçiriləcək. Şəhərin eyniadlı komandası doğma azarkeşləri önündə Neftçi-ni qəbul edəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv ilk görüşdə səfərdə 2:0 hesabı ilə qalib gəldiyindən, növbəti mərhələ şansları yüksək qiymətləndirilir. Ancaq bu mövsüm qarşısına yüksək hədəflər qoyan Neftçi də cavab oyununda bu məğlubiyyətin əvəzini çıxmaq əzmindədir.

Qeyd edək ki, 1/4 finalın son 2 oyunu sabah keçiriləcək.

Azərbaycan kuboku

1/4 final mərhələsi, cavab oyunları

19 dekabr (çərşənbə)

16:00. “Səbail” – “Zirə”İlk oyun: 0:1Hakimlər: 

Rəvan Həmzəzadə, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov

“Bayıl Arena”



19:00. “Sumqayıt” – “Neftçi”İlk oyun: 2:0Hakimlər:

Orxan Məmmədov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı

"Kapital Bank Arena”