Zlatan Avropaya gələsi olmadı


İdman 19 Dek 2018 09:34:00 417 0

Zlatan Avropaya gələsi olmadı

ABŞ-ın Los Angeles Galaxy futbol klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç komanda ilə yeni müqavilə imzalayıb.

Goal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı futbolçu 2019-cu ildə də Amerika klubunda çıxış edəcək.

"Zlatan ilə yeni bir müqavilə bağlamaqdan şadıq. O, keçən mövsüm klub üçün nə qədər əhəmiyyətli olduğunu göstərdi və biz onun gələn mövsüm də komandada çıxışını səbrsizliklə gözləyirik. Mövsümlərarası dövrdə Zlatanla komanda oyununu daha da yaxşılaşdırmağı davam etdirəcəyik", - deyə Los Angeles Galaxy klubunun baş direktoru Dennis Te Klose bildirib.

İbrahimoviç Los Angeles Galaxy-yə 2018-ci ilin martında Manchester United-dən keçib. Ötən mövsüm komandada 27 oyun keçirən futbolçu 22 qol vurub və 7 məhsuldar ötürmə verib.

Daha əvvəl futbolçunun Milan-a keçəcəyi bildirilsə də, bu transfer baş tutmayıb.