Bu silah gələcək müharibələrin taleyini həll edəcək: 2019CU İLDƏ...


Digərləri 19 Dek 2018 08:31:00 560 0

Bu silah gələcək müharibələrin taleyini həll edəcək: 2019CU İLDƏ...

"Palantin" və "Tirada-2S" radio elektron mübarizəsinin ən müasir kompleksləri ilk dəfə 2019-cu ildə Mərkəzi hərbi dairənin silahlanmasına daxil olacaq.

Son.az xəbər verir ki, bu haqda hərbi dairənin mətbuat xidməti bildirib.

"Tirada-2S" kompleksi peyk əlaqəsinin sıradan çıxarmağa qadirdir. Bu halda, peyklərin işçi vəziyyətdən çıxardılması bilavasitə Yer kürəsinin səthindən həyata keçirilə bilər", - hərbi müəssisədən bildiriblər.

Radioelektron mübarizəsinin ən yeni yüksək mobil kompleksi olan "Palantin" rəqibin radio əlaqəsi üzrə mövcud və perspektivli sistemlərinin sıradan çıxarılması, həmçinin radio elektron kəşfiyyatının aparılması üçün nəzərdə tutulub.