Yaponiya hökuməti əcnəbi işçilərin həyat şəraitinin yüngülləşdirilməsini nəzərdə tutan layihəni tamamlayıb


Dünya 19 Dek 2018 08:39:00 299 0

Yaponiya hökuməti əcnəbi işçilərin həyat şəraitinin yüngülləşdirilməsini nəzərdə tutan layihəni tamamlayıb

Yaponiya hökuməti əcnəbi işçilərin həyat şəraitinin yüngülləşdirilməsini nəzərdə tutan layihənin hazırlanması üzərində işi tamamlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, layihə əcnəbilərin Yaponiyada işləməsinə icazə verən immiqrasiya haqqında yeni qanuna əsasən hazırlanıb. Qanun gələn ilin aprelində qüvvəyə minəcək.

Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən tədbirlər tələbələr də daxil olmaqla Yaponiyada yaşayan bütün əcnəbilərin həyat şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutur.

Layihəyə əsasən əcnəbilərin problemlərlə qarşılaşdıqları zaman müraciət etməsi üçün bütün Yaponiya üzrə təqribən 100 mərkəzin yaradılması planlaşdırılır.