ABŞ Gülnarə Kərimovaya qarşı sanksiyaların müddətini uzadıb


Dünya 19 Dek 2018 08:04:00 376 0

ABŞ Gülnarə Kərimovaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ Rusiyanın baş prokuroru Yuri Çaykanın oğlu Artyom və Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarəyə qarşı Maqnitski qanununa əsasən tətbiq edilmiş sanksiyaların müddətini uzadıb.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Donald Trampın Konqress üzvlərinə məktubunda qeyd olunub.

Söhbət ABŞ prezidentinin bir il əvvəl imzaladığı fərmandan gedir. Həmin sənədə əsasən, ABŞ qlobal Maqnitski aktı çərçivəsində Artyom Çayka və Gülnarə Kərimova da daxil olmaqla bir sıra şəxslərə qarşı sanksiya tətbiq edib.