Ən ucuz yeni il bazarlığını haradan etməli? QİYMƏTLƏR VİDEO FOTO


Digərləri 19 Dek 2018 07:21:00 335 0

Ən ucuz yeni il bazarlığını haradan etməli?  QİYMƏTLƏR  VİDEO   FOTO

Yeni ilin gəlişinə sayılı günlər qalıb. Bu, o deməkdir ki, artıq hər yerdə bayram hazırlıqları başlayır. Son.az bildirir ki, gül mağazaları, marketlər, bazarlarda yeni il aksesuarlarının alıcıların ixtiyarındadır. Lakin məhsulların daha ucuz satışı üçün paytaxtın müxtəlif ərazilərində yeni il yarmarkaları təşkil edilib. Əsasən metrostansiyaların çıxışında quraşdırılan bu çadırlarda bir məkanı bayrama hazırlamaq üçün hər şey var.

Bəs qiymətlər necə, hər kəsə uyğundurmu?

Bunu öyrənmək üçün üz tutduq yarmarkalara. Həftə içi və səhər saatları olmasına baxmayaraq "28 May"metrostansiyası ətrafındakə bayram çadırlarında alıcıların sayı heç də az deyil. Kimi şarlar şişirib deşik olub-olmadığına, kimi papağın uşağının başına uyğun olmasına, kimi də aksesuarların keyfiyyətinə baxır.

Razılar və narazılar...

Satıcılar bu saatlarda gələn alıcıların daha çox qiymətlərlə maraqlandıqlarını deyir. Alıcıların sadəcə baxmaqla kifayətlənmələrini qiymətlərin mağaza və bazarlardan fərqli olmaması ilə əlaqələndirir.

Təbii ki, satıcılar bu fikirdə deyil.

Arzu adlı satıcı deyir ki, yeni il aksesuarlarının qiymətində ötən illə müqayisədə ciddi fərq yoxdur.

"Yeni il aksesuarlarından ən ucuzu şardır - qiyməti 10 qəpikdən başlayır, ən bahalısı isə ilin simvolu hesab edilən donuz oyuncaqlar - 9 manatdır. Zərlər 60 qəpikdən 2 manatadək, Şaxta baba maralları ilə birlikdə 6 manat, tək Şaxta baba ölçüsünə görə 10 manatdan başlayır. Yeni il corabları 2-4 manat,bəzəkli fiqurlar 3, bəzəkli şamlar 5 manat, yolka işıqlarının qiymət 3 manatdan 10 manata qədərdir. Qiymət fərqi işıqların metrindən asılıdır. Bununla yanaşı gələn ilin simvolu olan donuz fiqurlu kiçik oyuncaqlar 1-2 manat arasında dəyişir. İşıqlı saç aksesuarları 2-3 manatdır. Papaqlar 1-2 manatdır".

Qiymətlər artacaq, xəbəriniz olsun

Yolkaların ən balacası 10 manat, ən böyüyü 40 manatdır. Yolka oyuncaqların dəstlərin sayı və böyüklüyündən asılı olaraq 5 manatdan 40 manatadək dəyişə bilir. Satıcılar deyir ki, bazarla müqayisədə yarmarkada qiymətlər daha ucuzdur. Lakin satıcılar bayramqabağı qiymətlərdə artım olacağını istisna etmir.

Satıcı Rövşən Məmmədov həm yolka, həm də aksesuarların qiymətində ötən illə müqayisədə az da olsa, artım olduğunu deyir:

"Zərlərin qiyməti 50 qəpikdən 3 manatadək dəyişir. Yolkalar 5 manatdan başlayır ən bahalısı 200 manatdır, oyuncaqların qiyməti 6 manatdan 40 manata qədərdir. Amma alıcılıq zəifdir. Yəqin ki, hələ insanlar bayrama iki həftə qaldığını düşünərək gəlmirlər. Ancaq yeni il qabağı qiymətlər arta bilər. Ona görə də tələsməyi məsləhət görürəm".

Bəzi alıcılar isə bazarla yarmarkalar arasında qiymət fərqinin olmadığını deyir. Məhsulların qiymətini soruşa-soruşa bayram çadırlarını gəzən Turanə xanım yarmarkadan razı qalmayanlardandır."Qiymətlərlə maraqlanmağa gəlmişəm, hər şeydə artım var. Adi zərlərdən başlayaraq oyuncaqların hamısının qiyməti ötən illə müqayisədə artıb. Axı bura yarmarkadır, nisbətən ucuz olmalıdır".

Bakıda kirayə yaşadıqlarını deyən tələbə qızlar da yarmarkadakı qiymətin büdcələrinə uyğun olmadığından şikayətlənirlər. Səidə Quliyeva deyir ki, yarmarkada qiymətin daha ucuz olduğunu düşünərək bura üz tutublar.

"Ancaq burada da qiymətlər ucuz deyil. Məsələn, adi mağazada şar 20 qəpikdirsə, burda 10 qəpik olmalıdır, amma elə deyil. Deyəsən, evimizi bəzəmək üçün yolka, oyuncaq ala bilməyəcəyik".

Az keçmir ki, Səidə yarmarka çadırlarında istədikləri şarı 10 qəpiyə tapa bilir.

Berlin silah ixracı şərtlərini sərtləşdirir like
  • 19 Dek 07:14  
Dünya Berlin silah ixracı şərtlərini sərtləşdirir

AFR kansleri Angela Merkel bildirib ki, ölkə hökuməti 2019-cu ilin birinci y

arrow Ətraflı
Hərbi hissədə konsert keçirilib (FOTO) like
  • 19 Dek 06:56  
Digərləri Hərbi hissədə konsert keçirilib (FOTO)

Həmçinin rəqs kollektivlərinin rəngarəng ifaları maraqla qarşılanıb.

arrow Ətraflı
"Peyğəmbərəm" deyib insanları aldadır, hamıdan 30 avro yığır  "Ölüləri dirildən" FIRILDAQÇI like
  • 19 Dek 06:30  
Digərləri "Peyğəmbərəm" deyib insanları aldadır, hamıdan 30 avro yığır "Ölüləri dirildən" FIRILDAQÇI

Haitidə yaşayan Makenson Dorilas xəstələrə şəfa verdiyini və Peyğəmb

arrow Ətraflı
"Brent" markalı neftin qiyməti 57 dollardan da aşağı düşüb like
  • 19 Dek 05:58  
Digərləri "Brent" markalı neftin qiyməti 57 dollardan da aşağı düşüb

"Brent" markalı Şimal dəniz neftinin 1 barelinin qiyməti 20 oktyabr 2017-ci

arrow Ətraflı
İsraildə gələn il Aya göndəriləcək missiya üzrə işlər tamamlanıb  FOTO like
  • 19 Dek 05:30  
Digərləri İsraildə gələn il Aya göndəriləcək missiya üzrə işlər tamamlanıb FOTO

İsrail mühəndisləri 2019-cu ildə Aya göndəriləcək kosmik gəminin son d

arrow Ətraflı
Qonşu qızı sevindirən lakin vəfat edən "Santa Klaus" like
  • 19 Dek 04:59  
Digərləri Qonşu qızı sevindirən lakin vəfat edən "Santa Klaus"

86 yaşlı Uels sakini Ken Uotsonun ölümündən sonra onun qızı atasının q

arrow Ətraflı
Göygöldə yük maşını alışıb yanıb like
  • 19 Dek 03:59  
Digərləri Göygöldə yük maşını alışıb yanıb

Göygöldə yük maşını alışıb yanıb.

arrow Ətraflı
Donald Tramp Davos İqtisadi Forumunda iştirak edəcək like
  • 19 Dek 02:33  
Digərləri Donald Tramp Davos İqtisadi Forumunda iştirak edəcək

ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçiriləcək D

arrow Ətraflı
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər like
  • 19 Dek 02:30  
Digərləri Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər

Teatrlar Yeni il üçün rəngarəng bayram tamaşaları hazırlayıblar 

arrow Ətraflı
Uqandada avtobus uçurumdan düşüb: 19 ölü var like
  • 19 Dek 01:35  
Digərləri Uqandada avtobus uçurumdan düşüb: 19 ölü var

Uqandanın şərqində yol qəzası nəticəsində avtobus uçurumdan düşüb

arrow Ətraflı