30 illik müharibə dövründən qalma xəzinə tapılıb


Digərləri 19 Dek 2018 07:28:00 659 0

30 illik müharibə dövründən qalma xəzinə tapılıb

Çexiyanın Pardubitse diyarındakı Kraliki qəsəbəsində yaşayan bir fermer qəsəbənin yaxınlığındakı çəmənlikdə dəri kisəyə yığılıb yerin səthindən bir qədər aşağıda qazılıb gizlədilmiş 6 ədəd qızıl sikkə aşkar edib. Osmanlı İmperiyasında, Avstriya-Macarıstan, Polşa və Niderlandda zərb edilmiş bu sikkələrin 30 illik müharibə dövründə gizlədilməsi ehtimal edilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün Pardubitsedə keçirilən mətbuat konfransında həmin tapıntı barədə rəsmi məlumat verilib. Alimlərin fikrincə, bu pullar bir muzdlu qatilə ödənilmiş haqq və ya qarətçinin əldə etdiyi qənimət ola bilər.