Hərbi hissədə konsert keçirilib (FOTO)


Digərləri 19 Dek 2018 06:56:26 411 0

Hərbi hissədə konsert keçirilib (FOTO)

Həmçinin rəqs kollektivlərinin rəngarəng ifaları maraqla qarşılanıb.

Bakı. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş bayram konserti keçirib. İdarədən Trend-ə verilən məlumata görə, tanınmış müğənni Elnur Məmmədov şən mahnılardan ibarət konsert proqramı ilə çıxış edib. Onun vətənpərvərlik ruhunda olan ifaları əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb. Həmçinin rəqs kollektivlərinin rəngarəng ifaları maraqla qarşılanıb.