İsraildə gələn il Aya göndəriləcək missiya üzrə işlər tamamlanıb FOTO


Digərləri 19 Dek 2018 05:30:00 762 0

İsraildə gələn il Aya göndəriləcək missiya üzrə işlər tamamlanıb  FOTO

İsrail mühəndisləri 2019-cu ildə Aya göndəriləcək kosmik gəminin son detallarını tamamlayıblar. Son detalı - rəqəmsal saat kapsulunu da yerləşdirən mütəxəssislər bildiriblər ki, missiyanın kosmik fəzaya göndərilməsi gələn ilin əvvəlində həyata keçiriləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, kosmik missiyanın təqdimatı dekabrın 17-də Yehuda şəhərində "SpaceIL" qeyri-kommersiya qrupu və İsrail Kosmos Sənayesi Agentliyi (IAI) tərəfindən keçirilib. Qrupun üzvləri bildiriblər ki, 2013-cü ildən sonra Aya göndəriləcək ilk missiya zamanı İsrail Yerin süni peykinin səthinə kosmik gəmi endirəcək dördüncü ölkə olacaq. Ayın səthinə 1966-cı ildə ABŞ və SSRİ, 2013-cü ildə isə Çin kosmik missiyası enə bilib.


Xəbərə aid fotolar