Bətnindən nəhəng törəmə xaric edilən qadın ana oldu


Digərləri 19 Dek 2018 01:30:00 551 0

Bətnindən nəhəng törəmə xaric edilən qadın ana oldu

Hamiləliyin qorunması və dölün sonrakı inkişafını təmin etmək məqsədilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) mama-ginekoloqu Aleksandr Barsukov tərəfindən icra olunmuş miomektomiya əməliyyatı uğurla başa çatıb.

Son.az xəbər verir ki, RMDM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, riskli və unikal ginekoloji əməliyyat nəticəsində dölə mane olmadan bətndən çəkisi 3 kq-a yaxın olan mioma xaric edilib və qadın kafi vəziyyətdə evə yazılıb.

Belə ki, hamiləliyin 16-17-ci həftəsində olan 31 yaşlı qadın qarın nahiyəsində şiddətli ağrılarla Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib. İlk hamiləliyi olan qadının bətnində USM müayinəsi zamanı nadir rast gəlinən uşaqlığın bir neçə müxtəlif ölçülü mioması aşkar edilib.