Günün qoroskopu: Həll və çözüm axtarışını bir qədər ertələməyə can atın


Digərləri 19 Dek 2018 00:01:00 687 0

Günün qoroskopu: Həll və çözüm axtarışını bir qədər ertələməyə can atın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - günün ilk yarısında mənfi təmayüllərin təsiri güclü olacaq. Ehtiyatlı olun, sayıq davranın. Peşəkar fəaliyyətlə bağlı mühüm məsələləri həll etmək üçün yaxşı zaman deyil. Sizə yardım və dəstək vəd edən insanların yardımlarına bel bağlamayın. Kömək etmək istədiklərini deyən insanlar sizin maraqlarınızı nəzərə almırlar.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Axşam saatları maraqlı ünsiyyət və görüşlər zamanıdır.

Yaşam potensialının səviyyəsi yüksək olsa da, orqanizmi sınağa çəkməyin. İfrata varmaq xroniki ağrıları gücləndirə bilər.

Buğa - yaranmış situasiyanı mümkün qədər tez dəyərləndirməyə çalışın. Situasiyanı düzgün qiymətləndirsəniz, gününüz pis keçməyəcək. Yanlış ümidlər və illüziyalardan qurtulmağa çalışın. Bu, sizə xoş olmasa da, problemin öhdəsindən gəlin. Ünvanınıza deyilən tənqidlərə diqqətlə qulan asın. Eşidəcəyiniz sözlər arasında məntiqli, ağıllı ifadələr də var.

İşgüzar görüşlərdə soyuqqanlı və sayıq olun. Vədlər verməyin, çünki onlara riayət etmək asan deyil. İşdə həmkarlarla fikir ayrılıqları ola bilər.

Günün ikinci yarısında isə şəxsi münasibətlər müstəvisində problemlər həllini tapacaq. Müsbət təmayüllərin təsiri güclənir. Ciddi çətinliklər olmayacaq. Axşam saatlarında yaxınlarınızı xoş xəbərlərlə sevindirməyə çalışın.

Ailə üzvlərinizin istəklərini nəzərə alın.

Əkizlər - emosiyalarınızı nəzarətdə saxlayın. Hisslərinizi cilovlaya bilməsəniz, bunun heç bir yaxşı nəticəsi olmayacaq. Adi vaxtlarla müqayisədə münaqişələrin sayı sürətlə artır. Etiraf edin ki, belə situasiyanın formalaşmasında özünüz də suçlusunuz. İşdə həmkarlar və rəhbərlik istənilən səhvinizə diqqət yetirəcək, sizi nəzarətdə saxlayacaqlar. Təkbaşına gördüyünüz böyük həcmdə işi onlar görməyəcəklər.

Günün ikinci yarısında mühüm məsələləri yaxınlarınızla müzakirə etməyin. Problemləri təkbaşına həll etməyə çalışmayın. Seçiminiz sual doğura bilər. Həll və çözüm axtarışını bir qədər ertələməyə can atın.

Axşam saatlarında gəzintiyə çıxmayın.

Xərçəng - bu gün əməlli-başlı çalışmalısınız. Əldə edəcəyiniz uğurlar gələcək qələbələrinizin rəhni ola bilər. Yeni işgüzar münasibətlərə başlamaq üçün pis zaman deyil. Yeni müttəfiqlər və hamilər axtarışına başlamaq olar. Səyləriniz əbəs olmayacaq. Gördüyünüz işlərə görə mükafat və ya ödəniş əldə etmək asan olmasa da, narahat olmayın. Sonucda ödəniş səxavətli olacaq.

Günün ikinci yarısında bilik və informasiya əldə etmək, yaxşı məsləhətlər almağa can atın. Peşəkar fəaliyyət sahəsində başqasının təcrübəsindən yararlana bilərsiniz. Şəxsi münasibətlərinizin rəvan olmasına çalışın.

Axşam saatlarında səhhətinizdə problemlər yarana bilər. Narahat olmayın, ciddi ağrılar olmayacaq.  

Şir - günün ilk yarısında aktiv və qətiyyətli olun. Peşəkar fəaliyyət sahəsində əhəmiyyətli uğurlar əldə edə bilərsiniz. Saatlar keçdikcə sədlər və maneələrin sayı artacaq. Etibar etdiyiniz müttəfiqə, köhnə dosta üz tutaraq yardım istəyə bilərsiniz. Bununla belə, müraciətinizə rədd cavabı da istisna deyil.

Yeni işgüzar təmaslara və əməkdaşlığa başlamaq olar. Yerinə yetirilməsi çətin, bəzən də mümkünsüz vədlər verməyin.

Şəxsi münasibətlərdə intuisiyaya bel bağlayın. Diqqətli olsanız, səhvlərin sayı azalacaq, dürüst həllin tapılması sürətlənəcək.

Nagahani etiraf, nəzərdə tutulmamış görüş istisna deyil.

Qarşı tərəfin rəğbətini qazanmağa çalışın.

Qız - günün ilk yarısında maksimum dərəcədə ehtiyatlı davranın. Sizi aldatmağa, fırıldaq və kələyin qurbanı etməyə çalışan insan var. Mənfi təmayüllərin təsiri saatlar keçdikcə azalacaq. Son vaxtlar sizi narahat edən bir sıra məsələlər həllini tapa bilər. Yeni işlərə başlamağa tələsməyin. Həmin işləri həyata keçirəcəyiniz yolda dəf ediləsi çox çətin problemlər yarada bilər.

Günün ikinci yarısında bəzi planları dəyişmək, nəzərdə tutulmuş əyləncələrdən imtina etmək gərəkdir. Çətin vəziyyətə düşmüş yaxınınıza yardım edin. Maliyyə probelmləri yaranarsa, onları çözməyin yollarını arayın.

Qəfil hədiyyə və gəlir istisna deyil.